İstanbulda məşhurlara qarşı keçirilən narkotik əməliyyat çərçivəsində saxlandıqdan sonra həbs edilən Türkiyə millisinin sabiq futbolçusu Ümit Karanın narkotik analizinin nəticəsi məlum olub.
Bildirilir ki, "Qalatasaray"ın sabiq hücumçusunun narkotik analizinin nəticəsi müsbət çıxıb.
Xatırladaq ki, sabiq futbolçu İstanbul polisi tərəfindən 18 şübhəli ilə birlikdə saxlanılıb. Şübhəlilərdən narkotik testi üçün qan və saç nümunələri götürülüb.//Oxu.Az






