Kamillo Duran artıq "Qarabağ"ın oyunçusu deyil.
Kolumbiyalı hücumçu bundan sonra karyerasını Şotlandiyada davam etdirəcək. Ağdam təmsilçisi onu "Seltik"ə satıb - tərəflər arasında bütün şərtlər razılaşdırılıb.
Bu sövdələşmə hansı şərtlər daxilində baş tutub? İstər yerli, istərsə əd Şotlandiya mediasında müxtəlif rəqəmlərdən bəhs olunur.
Kimi 2 milyon funt-sterlinqdən danışır, kimi 2,5 milyondan, kimi də 3 milyondan.
"Köhlən atlar" cənubi amerikalının keçidindən 5 milyon avronun üstündə bir gəlir əldə edib.
"Qarabağ" Duranı ötən ilin yayında Portuqaliyadan - "Portimonense"dən 200 min funt sterlinqdən də az məbləğə transfer etmişdi. 24 yaşlı forvard ötən mövsüm Çempionlar Liqasında 10 oyunda 5 qol vurub.
Duranın gedişi ilə düşərgəni tərk edən futbolçuların sayı 9-a çatıb. Ondan öncə "Qarabağ" Toral Bayramov, Emmanuel Addai, Ramil Şeydayev, Sami Mmae, Kevin Medina, Fabian Buntiç, Amin Ramazanov və Leandro Andrade ilə vidalaşıb. (sportinfo.az)






