İnsanlara hürriyət, millətlərə istiqlal!

“Qarabağ” Çempionlar Liqası ilə vidalaşdı – “Nyukasl” səddini keçə bilmədi - TAM VİDEO

8122 25.02.2026 01:56 İdman A A

İlk yayın vaxtı 23:53

UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ” İngiltərədə növbəti sınağına çıxıb.

Musavat.com xəbər verir ki, Qurban Qurbanovun komandası “Sent-Ceyms Park” stadionunda “Nyukasl”ın qonağı olub və gərgin keçən qarşılaşmada 2:3 hesabı ilə məğlubiyyətlə üzləşib.

Matça sürətli başlayan meydan sahibləri ilk dəqiqələrdə iki top vuraraq üstünlüyü ələ alıblar. Fasilədən sonra Ağdam təmsilçisi oyuna dönüş etməyə çalışıb və ardıcıl hücumlarla fərqi minimuma endirib. Lakin ev sahibləri yenidən fərqlənərək üstünlüyü qorumağı bacarıblar.

Beləliklə, ilk görüşdə də böyük hesabla uduzan “Qarabağ” iki oyunun nəticəsinə əsasən turnirlə vidalaşıb və Çempionlar Liqasındakı mübarizəsini başa vurub.

***

 

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Nyukasl" (İngiltərə) - "Qarabağ" matçında ikinci hissə başlayıb.

*** 

UEFA Çempionlar Liqasının pley-off mərhələsində keçirilən “Nyukasl” (İngiltərə) – “Qarabağ” matçında hesab açılıb.

Musavat.com xəbər verir ki, “Sent-Ceyms Park” stadionunda oynanılan qarşılaşmada ev sahibləri erkən qolla önə keçiblər. Oyunun 5-ci dəqiqəsində Sandro Tonali adını tabloya yazdıraraq hesabı açıb.

Bunun ardınca meydan sahibləri təzyiqi davam etdiriblər. Cəmi bir dəqiqə sonra – 6-cı dəqiqədə Joelinton fərqlənərək hesab arasındakı fərqi artırıb – 2:0.

Beləliklə, “Nyukasl” matça olduqca sürətli başlayaraq ilk dəqiqələrdə üstünlüyü ələ alıb.

***

UEFA Çempionlar Liqasının pley-off mərhələsində İngiltərənin “Nyukasl” və Azərbaycanın “Qarabağ” komandaları qarşı-qarşıya gəlir.

Musavat.com xəbər verir ki, qarşılaşma Avropa futbolsevərlərinin diqqət mərkəzindədir. Ağdam təmsilçisi səfərdə ciddi sınaq qarşısındadır. 

Matçı canlı olaraq izləyə bilərsiniz.

Qeyd edək ki, görüş Bakı vaxtı ilə saat 00:00-da start götürüb.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR