İnsanlara hürriyət, millətlərə istiqlal!

“Qarabağ” diz qapağı qopan şəxsi bu vəziyyətdə tək buraxmadı - VİDEO+FOTO

929 13.10.2025 13:44 İdman A A

“Qarabağ” rəhbərliyi komandanın azarkeşinə köməklik göstərib.

Söhbət Əli Mübariz oğlu Hacıyevdən gedir. Ağdam klubu adıçəkilən fanatın əməliyyat və müalicə xərclərini öz üzərinə götürüb.

O, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən “Qarabağ” - “Kopenhagen” matçı zamanı (2:0) zədələnib.

Əli Abdulla Zubirin 28-ci dəqiqədə vurduğu qoldan sonra sevincini emosional şəkildə ifadə edərkən yerə yıxılıb və diz qapağı qopub.

“Qarabağ”ın futbolçuları Abdullah Zubir, Aleksey Kaşuk, Bədavi Hüseynov və Marko Yankoviç onu evində ziyarət ediblər.

Komanda üzvləri fanata “keçmiş olsun“ diləklərini çatdırıblar və klub adından hədiyyələr təqdim ediblər.  (Sportinfo.az)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR