İnsanlara hürriyət, millətlərə istiqlal!

“Qarabağ”ın oyunundan əvvəl azərkeşlər üçün əyləncə keçiriləcək

932 26.08.2025 15:56 Ölkə A A

UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ –Ferensvaroş” (Macarıstan) qarşı-qarşıya gələcək.

Musavat.com xəbər verir ki, qarşılaşmadan əvvəl azarkeşlər üçün “Azərsun Holdinq” xüsusi fan zona təşkil edəcək.

27 avqust saat 18:00-20:00 aralığında fan zonada futbolsevərlər üçün əyləncəli proqram nəzərdə tutulub. Proqram çərçivəsində müxtəlif oyunlar, Dj performansı və digər əyləncələr azarkeşlərin ixtiyarında olacaq.

Bununla yanaşı, illərdir hər kəsin sevimlisi olan “Final” çay da dadlı, ətirli çayı ilə qonaqları müşayət edəcək. Eyni zamanda həmin gündən xoş xatirələri fotoya köçürmək üçün fotozona fəaliyyət göstərəcək.

Qeyd edək ki, “Qarabağ” futbol klubu 2001-ci ildən “Azərsun Holdinq”in himayəsindədir və adıçəkilən şirkətlər qrupunun dəstəyilə komanda böyük uğurlara imza atıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR