İnsanlara hürriyət, millətlərə istiqlal!

“Qarabağ” – “Nyukasl” matçı nə vaxt oynanacaq...- Tarix və saat

6203 30.01.2026 22:36 İdman A A

Musavat.com xəbər verir ki, UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ” ilə İngiltərənin “Nyukasl” klubu arasında keçiriləcək oyunların təqvimi açıqlanıb.

UEFA-nın yaydığı rəsmi məlumata əsasən, ilk qarşılaşma fevralın 18-də Bakıda baş tutacaq. Ağdam təmsilçisi rəqibini Tofiq Bəhramov adına Respublika Stadionunda qəbul edəcək. Matç saat 21:45-də başlayacaq.

Komandalar arasındakı cavab görüşü isə fevralın 24-dən 25-nə keçən gecə keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 00:00-da İngiltərədə, “St James' Park” stadionunda oynanılacaq.

Qeyd edək ki, bu mərhələnin qalibi UEFA Çempionlar Liqasının 1/8 finalında birbaşa iştirak hüququ qazanan “Barselona” və ya “Çelsi”dən biri ilə qarşılaşacaq.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR