İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa Liqası: "Qarabağ" "Vestri"ni üç qolla məğlub etdi VİDEO

1182 09.07.2026 21:54 İdman A A

UEFA Avropa Liqasının I təsnifat mərhələsində "Qarabağ" İslandiyanın "Vestri" klubunu məğlub edib.

Musavat.com xəbər verir ki, Ağdam təmsilçisi doğma meydanda keçirilən qarşılaşmadan 3:0 hesablı qələbə ilə ayrılıb.

"Qarabağ" oyunda üstün tərəf olub və vurduğu üç cavabsız qolla növbəti mərhələ uğrunda vacib üstünlük əldə edib.

***

UEFA Avropa Liqasının I təsnifat mərhələsində keçirilən "Qarabağ" – "Vestri" oyununda Azərbaycan təmsilçisi hesab arasındakı fərqi artırıb.

Musavat.com xəbər verir ki, "Qarabağ" 3:0 hesabı ilə önə keçib. Komandanın üçüncü qolunu Renaldo Sefas vurub.

Ağdam təmsilçisi ilk hissədə inamlı oyun nümayiş etdirərək rəqibi üzərində üstünlüyünü qoruyur.

***

Azərbaycan futbolunun Avropa Liqasındaki təmsilçisi "Qarabağ" yeni mövsümdə ilk rəsmi sınağına çıxıb. Qurban Qurbanovun rəhbərlik etdiyi Ağdam klubu bu gün UEFA Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyununda İslandiyanın "Vestri" komandasını qəbul edir. Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürüb.

"Qarabağ" doğma meydanda sərfəli nəticə qazanaraq cavab oyunu öncəsi üstünlük əldə etməyə çalışır. Avrokuboklarda zəngin təcrübəyə malik Azərbaycan çempionu azarkeşlərinin dəstəyi ilə yeni mövsümə qələbə ilə başlamağı hədəfləyir.

İslandiya təmsilçisi "Vestri" isə tarixində ilk dəfə bu səviyyədə "Qarabağ" kimi təcrübəli rəqibə qarşı mübarizə aparır və sürpriz nəticə qazanmağa çalışacaq.





Cavanşir Abbaslı
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR