İnsanlara hürriyət, millətlərə istiqlal!

Qartalımın bir qanadı yaralanıb: Zelenski ordeni geri göndərdi, Kuçma isə imtina etdi - FOTO

2323 20.06.2026 20:59 Dünya A A

Polşa ilə Ukrayna arasında Ağ Qartal ordeni ətrafında yaranan qalmaqal yeni mərhələyə keçib.

Musavat.com xəbər verir ki, Polşa prezidenti Karol Navrotskinin Ukrayna prezidenti Volodimir Zelenskini Ağ Qartal ordenindən məhrum etməsindən sonra Kiyev ardıcıl addımlarla cavab verib.

Zelenski bildirib ki, ordeni poçt vasitəsilə Navrotskiyə geri göndərib.

O qeyd edib ki, əgər bu simvolun II Yekaterina, Benito Mussolini və Gerhard Şröder kimi şəxslərdə qalması məqbul hesab edilirsə, Ukrayna buna etiraz etməyəcək. Ukrayna lideri eyni zamanda Polşa xalqına göstərdiyi dəstəyə görə təşəkkür edib və iki ölkə arasında əməkdaşlığın regionun təhlükəsizliyi üçün mühüm rol oynadığını vurğulayıb.

Bunun ardınca Ukraynanın ikinci prezidenti Leonid Kuçma da 1997-ci ildə aldığı Ağ Qartal ordenindən imtina etdiyini açıqlayıb.

Kuçma bildirib ki, Zelenskinin bu mükafatdan məhrum edilməsindən sonra ordeni özündə saxlamağı doğru hesab etmir. O xatırladıb ki, prezidentliyi dövründə Polşa ilə münasibətlərin inkişafını əsas prioritetlərdən biri sayıb, Polşanın keçmiş prezidenti Aleksandr Kvasnevski ilə birlikdə iki xalq arasında tarixi barışığın möhkəmlənməsi üçün çalışıb.

Keçmiş prezident vurğulayıb ki, Polşanın Ukraynaya göstərdiyi dəstək unudula bilməz, lakin heç bir dövlət Ukraynaya öz tarixini necə qiymətləndirməyi diktə etməməlidir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR