İnsanlara hürriyət, millətlərə istiqlal!

Qətər sahillərində neft tankeri VURULDU

681 01.04.2026 12:14 Dünya A A

İran Qətərin ərazi sularında "QatarEnergy" neft-qaz şirkəti tərəfindən icarəyə götürülmüş neft tankerinə qanadlı raketlə zərbə endirib.

Musavat.com xəbər verir ki, bu barədə əmirliyin Müdafiə Nazirliyi "X" sosial şəbəkə hesabında məlumat yayıb.

Nazirliyin verdiyi məlumata görə, Qətər Silahlı Qüvvələri atılan iki raketi zərərsizləşdirə bilsə də, üçüncü raket hədəfə dəyərək tankeri vurub.

Müdafiə Nazirliyi gəmidə 21 heyət üzvünün olduğunu dəqiqləşdirib. Onların hamısı operativ şəkildə təxliyə edilib, hadisə nəticəsində xəsarət alan olmayıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR