İnsanlara hürriyət, millətlərə istiqlal!

Qətərdən Hörmüz boğazında böyük hərəkətlilik: Qaz tankerləri Yaxın Şərqə geri dönür

1024 17.06.2026 10:53 Dünya A A

ABŞ və İran arasında əldə olunan tarixi sazişdən sonra strateji əhəmiyyətli Hörmüz boğazının yenidən açılması qərara alınıb və bu hadisə fonunda dünyanın ən böyük mavi yanacaq istehsalçılarından olan Qətər ixracı sürətlə artırmaq üçün maye qaz (LNG) tankerlərini yenidən regiona qaytarmağa başlayıb.

Musavat.com xəbər verir ki, "Bloomberg" agentliyinin dəniz daşımaları üzrə monitorinq məlumatlarına istinadən yaydığı məlumata görə, rəsmi Doha bölgədə naviqasiya təhlükəsizliyinin bərpa olunacağını nəzərə alaraq qlobal bazarlara yanacaq nəqlini bərpa etmək üçün təcili hazırlıqlara start verib.

Nəşrin hesabatında bildirilir ki, uzun müddətdir gözləmə mövqeyində dayanan və ya tam fərqli marşrutlar üzrə hərəkət edən Qətərə məxsus ən azı dörd boş maye qaz tankeri istiqamətini kəskin şəkildə dəyişərək Yaxın Şərq regionuna doğru irəliləməyə başlayıb. Bundan əlavə, Qətər tərəfindən fraxt edilmiş daha bir iri yük gəmisinin də sürətlə həmin koordinatlara doğru yönəldiyi qeydə alınıb. Monitorinq məlumatları sübut edir ki, sözügedən bütün gəmilərin növbəti təyinat məntəqəsi Qətərin maye təbii qaz ixracı üzrə dünyanın ən böyük istehsal mərkəzi hesab olunan məşhur Ras-Laffan limanıdır.

"Bloomberg" analitikləri onu da qeyd edirlər ki, Qətərlə birbaşa əlaqəsi olan daha dörd böyük tanker hazırda Oman körfəzində lövbər salaraq hərəkətsiz vəziyyətdə gözləyir və bu gəmilər yaxın saatlarda Hörmüz boğazından keçərək Fars körfəzinə daxil olmağa cəhd edə bilər. Bu hərəkətlilik xüsusilə diqqət çəkir, çünki regionda hərbi əməliyyatların başladığı cari ilin fevral ayından bəri Qətər təhlükəsizlik mülahizələrinə görə Fars körfəzi sularına bir edəd də olsun boş yük gəmisi daxil etməmişdi. Regionda qaz nəqlinin bərpası qlobal enerji böhranının aradan qaldırılmasında həlledici rol oynaya bilər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR