İnsanlara hürriyət, millətlərə istiqlal!

Qətərdən Qəzza ilə bağlı SƏRT BƏYANAT: "Yardım edəcəyik, amma bir şərtlə…"

765 07.12.2025 17:40 Dünya A A

Qətər Fələstin xalqına kömək etmək üçün əlindən gələni edəcək, lakin digər ölkələrin iştirakı olmadan Qəzza zolağının yenidən qurulmasını maliyyələşdirmək niyyətində deyil.

Musavat.com xəbər verir ki, bu barədə ərəb dövlətinin Baş naziri və xarici işlər naziri şeyx Məhəmməd bin Əbdül Rəhman Al Tani Dohadakı forum çərçivəsində amerikalı jurnalist Taker Karlsonla müsahibəsində bildirib.

"Qətər dövləti olaraq Fələstin xalqını dəstəkləməyə davam edəcəyik. Onların əzablarını azaltmaq üçün əlindən gələni edəcəyik, lakin biz sadəcə çek yazan tərəf deyilik… Bu, bizim əsas mövqeyimizdir. Eyni zamanda, heç kəs onlara yardım etməsə belə, fələstinliləri yardımsız qoymayacağıq", - deyə o, qeyd edib.

Baş nazir vurğulayıb ki, Doha bu yardımın həqiqətən onlara çatması şərti ilə fələstinlilərə kömək üçün vəsait ayıracaq.

BMT-nin İnkişaf Proqramının qiymətləndirmələrinə görə, Qəzza sektorunun bərpası üçün təxminən 70 milyard ABŞ dolları tələb olunur.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR