İnsanlara hürriyət, millətlərə istiqlal!

Qondarma rejimin “kilsə nümayəndəsinin” Paşinyanla görüşü revanşist dairələri təşvişə saldı

651 28.11.2025 00:19 Ölkə A A

Musavat.com xəbər verir ki, məhv edilmiş, qondarma və cinayətkar “Arsax rejiminin” guya “kilsə nümayəndəsi” kimi təqdim edilən Vartanes Srbazanın Nikol Paşinyanla görüşməsi, onunla əl sıxması və hətta baş əyməsi Ermənistanda revanşist dairələrdə ciddi narahatlıq yaradıb.

“Kilsə yetkilisinin” Paşinyana ehtiram göstərməsi məhz həmin çevrələrdə isterik reaksiyaya səbəb olub.

Revanşist düşərgənin nümayəndələrindən biri, vəkil Roman Yeriçyan açıqlamasında bildirir ki, bu jestlər onlar üçün “ağrı və hiddət” doğurur:

“Arsaxın – monastırları, kilsələri, xaçkarları, qəbiristanlıqları və bütün “müqəddəslikləri” ilə birlikdə Azərbaycana təhvil verilməsi qərarına görə məsuliyyət daşıyan Paşinyana belə hörmət göstərilməsi bizim üçün qəbuledilməz və alçaldıcıdır.” 

b38d2b2b-e90e-4223-b83f-b0e3826d7a3b.jpg (106 KB)

 Revanşist dairələr bu görüşü “xəyanət” kimi təqdim edir və qondarma rejimin çöküşü ilə barışmaq istəməyən çevrələr bunu “ağrının görməzdən gəlinməsi” kimi qələmə verirlər.

Vəkil Yeriçyan qondarma rejimin “kilsə nümayəndəsini” ittiham edərək onu “tövbə etməyə” və öz ardıcılları qarşısında “üzr istəməyə” çağırıb.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR