İnsanlara hürriyət, millətlərə istiqlal!

Qrenlandiya bizim olmalıdır - Tramp

596 23.12.2025 09:19 Siyasət A A

Qrenlandiya ABŞ-a milli təhlükəsizlik baxımından lazımdır.

Musavat.com xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Florida ştatının Vest Palm Biç yaxınlığındakı Mar-a-Laqo malikanəsində jurnalistlərə deyib. Onun sözlərinə görə, ABŞ adanı milli sərvətlərinə görə istəmir: "Bizə Qrenlandiya milli təhlükəsizlik səbəbləri üçün lazımdır. Minerallar üçün yox. Bizim çoxlu mineral yataqlarımız və neftimiz var! Dünyanın hər hansı digər ölkəsindən daha çox neftimiz var. Bizə milli təhlükəsizlik səbəbləri üçün Qrenlandiya lazımdır. Qrenlandiyaya baxsanız, sahil boyunca hər yerdə Rusiya və Çin gəmiləri var. Bizə milli təhlükəsizlik üçün lazımdır. Biz ora sahib olmalıyıq”.

O, həmçinin Danimarkanın adanın işlərindəki rolunu pisləyərək, Kopenhagenin bu məqsədlər üçün lazımi vəsait ayırmadığını və Qrenlandiya üçün "hərbi müdafiə" təmin etmədiyini iddia edib: "Deyirlər ki, Danimarka 300 il əvvəl orada olub, qeyd edirlər bir gəmi və ya buna bənzər bir şey. Əminəm ki, biz də orada gəmilərdə idik. Bütün bunları həll etməliyik".

Luiziana qubernatoru Ceff Lendrinin ABŞ-ın Qrenlandiya üzrə xüsusi elçisi təyin olunması ilə bağlı şərh verən Tramp, təşəbbüsün özündən gəlmədiyini açıqlayıb: "Mən ona zəng etmədim, o mənə zəng etdi. O, proaktivdir".

O, əlavə edib ki, qubernator, digər məsələlərlə yanaşı, bu söhbətdə ona 19-cu əsrin əvvəllərində ABŞ-ın Fransadan Luiziana ştatını satınalmasını xatırladıb.

Qeyd edək ki, Amerika liderinin yeni kadr qərarı Danimarkada diplomatik mübahisəyə səbəb olub və nəticədə ABŞ səfirinin Xarici İşlər Nazirliyinə çağırılması ilə nəticələnib.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR