Avropa İttifaqının Qrenlandiyanın məcburi şəkildə satılmasına mümkün razılığı Ukrayna üçün son dərəcə təhlükəli və fəlakətli siqnal ola bilər.
Musavat.com xəbər verir ki, bu barədə Böyük Britaniyanın "The Guardian" qəzeti yazır.
Nəşr qeyd edir ki, Qrenlandiya 1985-ci ildə Avropa Birliyindən çıxsa da, Aİ-yə üzv bir dövlətin ərazisinin məcburi satışına razılıq verilməsi Avropa İttifaqının geosiyasi aktor kimi roluna və Ukraynaya sadiqliyinə ciddi zərbə olar.
“Belə bir razılaşma Aİ-nin beynəlxalq siyasətdəki mövqeyi və Ukraynaya verdiyi dəstək baxımından fəlakətli mesaj göndərər”, – deyə məqalədə vurğulanır.
Məqalədə həmçinin bildirilir ki, avropalıların susqunluğu, məsələyə ciddi tədbirlər və sanksiyalar tətbiq etmədən yalnız diplomatik yollarla yanaşmaq cəhdləri ABŞ prezidenti Donald Trampın yürütdüyü “yumşaltma” strategiyasının iflasa uğradığını göstərir.
Musavat.com






