İnsanlara hürriyət, millətlərə istiqlal!

Ramiz Mehdiyevin oğlu istintaqa cəlb ediləcək?  

1739 01.12.2025 16:32 Ölkə A A

Ramiz Mehdiyevin oğlu general-mayor Teymur Mehdiyev fövqəladə hallar nazirinin müavini vəzifəsindən azad edilib.

Musavat.com xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq FHN-dən bildirilib.

Bəs, Teymur Mehdiyev atası Ramiz Mehdiyevlə bağlı başlanan istintaq prosesinə cəlb edilə bilərmi?

Milli Cəbhə Partiyasının sədr müavini Məhəmməd Əsədullazədə Musavat.com-a bildirib ki, Teymur Mehdiyevin nazir müavini vəzifəsindən kənarlaşdırılacağı gözlənilən idi. Eyni zamanda qarşıdakı mərhələdə onun istintaq prosesinə cəlb olunacağı da gözlənilir.

Teymur Ramiz oğlu Mehdiyev 25 iyun 1975-ci ildə Gürcüstanın Abxaziya bölgəsində, Suxumi şəhərində anadan olub. 1982–1992-ci illərdə Bakı şəhərində 134 nömrəli məktəbdə təhsil alıb, 1992-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olub və 1997-ci ildə oranı bitirib.

O, qısa müddət ərzində Azərbaycanın demək olar ki, bütün əsas strukturlarında çalışıb:

1997–1999-cu illərdə Milli Təhlükəsizlik Nazirliyi,

1999–2001-ci illərdə Daxili İşlər Nazirliyi,

2001–2004-cü illərdə Xarici İşlər Nazirliyi,

2004–2006-cı illərdə Gənclər, İdman və Turizm nazirinin müavini,

2006–2011-ci illərdə Mədəniyyət və Turizm nazirinin müavini,

2011–2014-cü illərdə Dövlət Miqrasiya Xidməti rəisinin birinci müavini olub.

2014-cü ildə Fövqəladə Hallar nazirinin müavini təyin olunub və ona general-mayor rütbəsi verilib.

2018-ci ildə isə “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Etibar Seyidağa,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR