İnsanlara hürriyət, millətlərə istiqlal!

Britaniyada qatar qəzasında ölü və yaralı sayı açıqlandı

672 20.06.2026 09:03 Dünya A A

Böyük Britaniyanın Bedford şəhəri yaxınlığında iki sərnişin qatarının toqquşması nəticəsində həlak olan və yaralananların sayı açıqlanıb.

Musavat.com BBC-yə istinadən xəbər verir ki, nəhəng qatar qəzası nəticəsində bir nəfər ölüb, 89 sərnişin müxtəlif dərəcələrdə yaralanıb. Polis fövqəladə vəziyyət elan edib.

Şərqi İngiltərə Təcili Yardım Xidməti çoxsaylı itkiləri təsdiqləyib. Hadisə yerinə 20-dən çox təcili yardım maşını, altı tibbi helikopter və ixtisaslaşmış Təhlükəli Bölgə Xilasetmə (HART) bölmələri gəlib.

Rəsmi məlumata əsasən qəza yerində bir nəfər ölüb, 11 nəfər çox ağır, 22 nəfər ağır, 56 nəfər yüngül xəsarət alıb.

Böyük Britaniyanın Baş naziri Keir Starmer mərhumun ailəsinə rəsmi başsağlığı verib və Bedford yaxınlığında baş verən qatar toqquşması ilə bağlı xəbərləri "son dərəcə narahatedici" adlandırıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR