İnsanlara hürriyət, millətlərə istiqlal!

"Real Madrid" derbidə qalib gəldi

1200 23.03.2026 11:20 İdman A A

İspaniya La Liqasının 29-cu turunda "Real Madrid" futbol klubu "Atletiko Madrid"i 3-2 hesabı ilə məğlub edib.

Musavat.com Trend-ə istinadən bildirir ki, görüş "Santayaqo Bernabeu" stadionunda keçirilib.

Qalib komandanın heyətində qolları Vinisius (52-ci və 72-ci dəqiqələr) və Federiko Valverde (55) vurublar. "Atletiko Madrid"in heyətində Ademola Lookman (33) və Nahuel Molina (66) fərqləniblər.

"Real Madrid"in 69 xal toplayıb və turnir cədvəlində ikinci yerdədir. Komanda "Barselona"dan dörd xal geridədir. "Atletiko" liqada dörd oyunluq qələbə seriyasına son qoyub. Klub 57 xalla dördüncü yerdədir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR