İnsanlara hürriyət, millətlərə istiqlal!

Revanşistlər geri çəkilir – Bakıdan XƏBƏRDARLIQ

3415 28.01.2026 18:21 Region A A

“Ermənistanın COP17 çərçivəsində Azərbaycanı qəbul etməyə hazır olduğunu bəyan etməsi təsadüfi jest deyil. Bu addımın arxasında həm regional reallıqların dəyişməsi, həm də Bakının formalaşdırdığı yeni siyasi konfiqurasiyanın təsiri açıq şəkildə görünür. Artıq Bakı və İrəvan arasında münasibətlər məhz sülh gündəliyinin gərəkliyi fonunda müsbət dinamika üzrə inkişaf edir”.

Bu sözləri Musavat.com-a deputat Günay Ağamalı deyib.

Millət vəkili qeyd edib ki, Azərbaycanın enerji məhsullarının Ermənistana idxalı, qeyri-hökumət təşkilatları nümayəndələrinin qarşılıqlı səfərləri 8 avqust Vaşinqton razılaşmalarının praktiki tətbiqidir: “Bu, o deməkdir ki, inseativ tamamilə ölkəmizin əlindədir. Azərbaycan postmünaqişə dövründə özünü hərbi-siyasi güc, diplomatik və siyasi məsuliyyət daşıyan aktor kimi təsdiq edib. Azərbaycan regionda sabitliyin, təhlükəsizliyin və əməkdaşlığın tərəfdarıdır. Mövqeyimiz beynəlxalq platformalarda da açıq şəkildə qəbul edilir. Ermənistanın COP17 kimi qlobal bir tədbirdə Azərbaycanla eyni masada oturmağa hazır olduğunu bildirməsi, əslində, rəsmi Bakının siyasi iradəsinin və diplomatik üstünlüyünün etirafıdır”.

Günay Ağamalı Ana Vətən Partiyasının sədri seçildi

Deputatın sözlərinə görə, revanşist qüvvələrdən fərqli olaraq hökumət rəsmiləri artıq köhnə ritorika ilə irəliləməyin Ermənistanı geriyə çəkdiyini qəbul edir: “Bu səbəbdən sülh gündəliyi İrəvan üçün regional proseslərdən kənarda qalmaq riskini azaldan əsas meyardır. Ancaq burada qarşı tərəfin səmimiyyət məsələsi əsasdır. Rəsmi Bakı üçün sözügedən proses diqqətlə idarə olunmalı siyasi situasiyadır. Azərbaycan kifayət qədər təcrübəyə, prinsipial mövqeyə və siyasi yaddaşa malikdir.

Biz hər addımı milli maraqlar prizmasından qiymətləndiririk. Sülh təşəbbüslərinə açığıq. Azərbaycanın mövqeyi bəllidir, sülh real olmalıdır.

COP17 platforması əgər regional etimadın bərpasına, dialoqun institusional əsasda qurulmasına xidmət edəcəksə, bu, həm Azərbaycan, həm də Cənubi Qafqaz üçün mühüm mərhələ ola bilər. Əgər bu, yalnız Ermənistanın öz beynəlxalq imicini xilas etmək cəhdi kimi qalacaqsa, o zaman məsuliyyət də məhz İrəvanın üzərinə düşəcək. Bu gün təşəbbüs Bakının əlindədir. Şərtləri də, çərçivəni də Azərbaycan müəyyən edir. Ermənistanın atdığı addımlar isə onun həqiqətən dəyişib-dəyişmədiyini göstərəcək əsas göstəricidir”.

Cavanşir Abbaslı
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR