İnsanlara hürriyət, millətlərə istiqlal!

Robotik cərrahiyyə digər klinikalarda da tətbiq olunacaq – İcbari sığorta məsələsi gündəmdə

946 22.01.2026 16:53 Səhiyyə A A

"Robotik cərrahiyyə bahalı tibbi xidmətlər sırasında yer alır. Lakin növbəti mərhələlərdə bu xidmətin digər klinikalarda da fəaliyyət göstərməsi nəzərdə tutulur".

Musavat.com xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin icraçı direktoru Vüqar Qurbanov deyib.

O bildirib ki, robotik cərrahiyyə ilə bağlı yerli həkimlər üçün xüsusi təlim proqramlarının həyata keçirilməsi planlaşdırılır.

"İndiyədək bu tip əməliyyatlar üçün vətəndaşlar əsasən Türkiyəyə üz tuturdular və xidmətin ödənişi kifayət qədər yüksək idi. Bizim əsas məqsədimiz ondan ibarətdir ki, vətəndaşların xaricə müraciət etməsinə ehtiyac qalmasın. Robotik cərrahiyyə imkanları ölkə daxilində yaradılmaqla həm tibbi xidmətə əlçatanlıq artacaq, həm də xəstələrin əlavə xərc yükü azalacaq”, - deyə Vüqar Qurbanov qeyd edib.

Onun sözlərinə görə, gələcəkdə robotik cərrahiyyə xidmətlərinin icbari tibbi sığorta çərçivəsində tətbiqi məsələsi də nəzərdən keçirilir.

Qeyd edək ki, bu gün ilk dəfə Yeni Klinikada robotik cərrahiyyə baş tutub.

Şahanə Rəhimli
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR