ABŞ dövlət katibi Marko Rubio Rusiya ilə Ukrayna arasında münaqişənin nizamlanması istiqamətində müəyyən irəliləyişin əldə edildiyini, lakin prosesin hələ yekun mərhələdən uzaq olduğunu açıqlayıb.
Musavat.com xəbər verir ki, Rubio bildirib ki, tərəflər arasında təmaslar və diplomatik kanallar tamamilə kəsilməyib və bu, müsbət siqnal kimi qiymətləndirilə bilər. Bununla yanaşı, o vurğulayıb ki, mövcud irəliləyiş dayanıqlı sülhün təmin olunması üçün kifayət etmir və daha dərin, ardıcıl addımlar tələb olunur.
ABŞ dövlət katibinin sözlərinə görə, Vaşinqton münaqişənin diplomatik yollarla həllini dəstəkləməkdə davam edir. O qeyd edib ki, ABŞ beynəlxalq tərəfdaşlarla birgə gərginliyin azaldılması və siyasi həll mexanizmlərinin tapılması üzərində işi davam etdirir.
Musavat.com






