Polşa Rusiyanın qərb sərhədi yaxınlığında öz hava məkanında planlı uçuş həyata keçirən "MiQ-31" qırıcılarına görə hava hücumundan müdafiə sistemlərini yüksək hazırlıq vəziyyətinə gətirib.
Musavat.com xəbər verir ki, bu barədə Almaniyanın "Bild" nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, noyabrın 28-də “Kinjal” aeroballistik raketləri daşıyan 4 döyüş təyyarəsi Rusiya hava məkanında qalaraq Baltik dənizi üzərindən qərbə doğru uçub. Buna cavab olaraq Polşa Rzeşov hava limanında iki "Patriot" sistemini işə salıb. Almaniyanın iki "Patriot" hava hücumundan müdafiə sistemi də hazır vəziyyətə gətirilib.
"Bild am Sonntag"ın NATO mənbələrinə istinadən verdiyi məlumata görə, Rusiya təyyarəsi daha sonra yenidən öz hava məkanına dönüb. Almaniya Hərbi Hava Qüvvələrinin sözçüsü hava hücumundan müdafiə qüvvələrinin döyüş hazırlığı üçün yerləşdirildiyini təsdiqləyib.
Sentyabrın sonunda NATO-nun baş katibi Mark Rutte bəyan edib ki, alyans lazım gələrsə, NATO hava məkanını pozan Rusiya qırıcısını vurmağa hazırdır.
Musavat.com






