İnsanlara hürriyət, millətlərə istiqlal!

Rus silahlarını saxlayır, NATO standartlarına yönəlirlər – İrəvan Kremli qəzəbləndirəcək

419 13.01.2026 14:53 Gündəm A A

Ermənistan Müdafiə Nazirliyinin rəhbəri Suren Papikyan ölkəsinin həm mövcud Rusiya istehsalı silahları modernləşdirəcəyini, həm də NATO standartlarına uyğun yeni hərbi texnika alacağını bəyan edib.

Musavat.com xəbər verir ki, nazirin sözlərinə görə, daha əvvəl alınmış Su-30 qırıcıları üçün kifayət qədər döyüş sursatı mövcuddur və yaxın dövrdə əlavə təminat da gözlənilir. Papikyan iddia edib ki, bu təyyarələr həm hava hücumundan müdafiədə, həm də ölkənin ərazi bütövlüyünün qorunmasında mühüm rol oynaya bilər.

Eyni zamanda, o vurğulayıb ki, Ermənistan Silahlı Qüvvələri ən yeni texnologiyaların alınmasını davam etdirəcək və bu silahların bir qismi NATO standartlarına uyğun olacaq. Bu açıqlama İrəvanın təhlükəsizlik kursunda iki istiqamətli – Rusiya silahlarına söykənən, paralel olaraq Qərb hərbi sistemlərinə açılan xətt yürütməyə çalışdığını göstərir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR