İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya keçmiş baş nazirinin adı terrorçu siyahısına salındı

992 18.11.2025 18:07 Dünya A A

Rusiya Maliyyə Monitorinqi Xidməti (Rosfinmonitorinq) keçmiş baş nazir Mixail Kasianovu və tanınmış iqtisadçı Sergey Quryevi “terrorçular və ekstremistlər” siyahısına daxil edib.

Musavat.com xəbər verir ki, bu barədə məlumat “Terrorçular və ekstremistlər siyahısının yenilənməsi” adlı Telegram kanalında yerləşdirilib.

Siyahıya həmçinin “Novaya qazeta Evropa”nın baş redaktoru Kirill Martınov və hüquqşünas Yelena Lukyanova da əlavə olunub.

Adları çəkilən şəxslərin hamısı siyahıda ulduz işarəsi ilə qeyd olunub - bu isə onların barəsində Rusiyada terrorçuluq maddəsi üzrə cinayət işi açıldığı anlamına gəlir.

Hər dörd şəxs “Rusiyanın Antimüharibə Komitəsi”nin üzvləridir. Bundan əvvəl, 14 oktyabrda, Rusiya hüquq-mühafizə orqanlarının Mixail Xodorkovski və “Rusiyanın Antimüharibə Komitəsi”nin daha 22 üzvü barəsində cinayət işi qaldırdığı məlum olmuşdu. Komitə 2022-ci il fevralın 27-də - Rusiyanın Ukraynaya genişmiqyaslı hücumundan bir neçə gün sonra - Rusiya müxalifət nümayəndələrinin təşəbbüsü ilə yaradılıb. Hazırda komitənin bütün üzvləri ölkə xaricindədir. Onlar öz məqsədlərini Putin rejiminə qarşı mübarizə, bu rejimi diktatura hesab etdiklərini açıq bildirmək və Kremlin Ukraynada başlatdığı müharibəyə görə məsuliyyətə cəlb olunmasına nail olmaq kimi təqdim edirlər.

FTX nümayəndələrinin açıqlamalarına əsasən, xüsusi xidmət orqanı “hakimiyyətin ələ keçirilməsi” kimi məhz Komitənin Rusiya hakimiyyətinin “aradan qaldırılması zərurəti” barədə açıqlamalarını qiymətləndirir. Komitə isə Putinin rejimini diktatura adlandırır, onun yeni prezidentlik müddətlərini qeyri-legitim hesab edir və seçkilərin saxtalaşdırıldığını dəfələrlə vurğulayıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR