İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Məhkəməsi Beynəlxalq Cinayət Məhkəməsini “məhkum etdi”

335 12.12.2025 20:52 Dünya A A

Moskva Şəhər Məhkəməsi Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) prokuroru və bir sıra hakimləri barəsində qiyabi hökm çıxarıb.

Musavat.com xəbər verir ki, onlar 3,5 ildən 15 ilə qədər azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər.

BCM-nin prokuroru Kərim Xan 15 il müddətinə həbs cəzası alıb. Bu barədə “Slovo zaşite” nəşrinə müdafiə tərəfi məlumat verib.

Qiyabi qaydada məhkum edilənlər arasında BCM-nin prokuroru Kərim Xan, Rusiya prezidenti Vladimir Putinin həbsinə order verilməsini tələb edən şəxs, məhkəmənin hazırkı sədri Tomoko Akane, sabiq sədr Pyotr Hofmanski, sədr müavini Rene Alapini-Qansu, hakimlər Rosario Aytala, Serxio Qodines, Haykel Ben Mahfud, Karransa İbanes və Bertram Şmitt yer alır.

Onlara dövlət tərəfindən təyin olunmuş vəkillər bildiriblər ki, proses “yüksək səviyyədə”, tərəflərin çəkişmə prinsipi və təqsirləndirilən şəxslərin hüquqları qorunmaqla keçirilib. Bununla belə, hökmün apellyasiya qaydasında şikayət ediləcəyi qeyd olunub.

Rusiya tərəfi BCM-ni qanunsuz həbslər həyata keçirməkdə, bilərəkdən günahsız şəxsləri cinayət təqibinə məruz qoymaqda və beynəlxalq müdafiə altında olan şəxslərə qarşı hücumlar hazırlamaqda ittiham edir.

Beynəlxalq Cinayət Məhkəməsi isə Rusiyanı mülki obyektlərə raket zərbələri endirməkdə və Ukraynanın işğal olunmuş ərazilərindən uşaqların deportasiyasında ittiham edir. BCM Putindən başqa Rusiya Federasiyasında uşaq hüquqları üzrə müvəkkil Mariya Lvova-Belovanın, sabiq müdafiə naziri Sergey Şoyqunun və Baş Qərargah rəisi Valeri Gerasimovun da həbsini nəzərdə tutur.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Vladimir Putinin həbsi ilə bağlı orderi “Britaniya pulları hesabına yazılmış ucuz ssenari” adlandırıb. BCM-nin sədri Tomoko Akane isə bu orderi belə şərh edib: “İlahi ədalət gec işləyir, amma qaçılmazdır”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR