İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya ordusu Kirovqrad vilayətində iki Ukrayna vertolyotunu vurdu – “Şahed” dronları əməliyyatı!  

733 26.01.2026 14:37 Dünya A A

Rusiya Müdafiə Nazirliyi Kirovqrad vilayətində iki Ukrayna vertolyotunun məhv edildiyini açıqlayıb.

Musavat.com xəbər verir ki, nazirliyin məlumatına görə, insidentdə Ukrayna Hərbi Hava Qüvvələrinin Mi-24 və Mi-8 tipli hava gəmiləri hədəf alınıb.

Rəsmi açıqlamada bildirilir ki, zərbə “Geran” (“Şahed”) pilotsuz uçuş aparatı vasitəsilə həyata keçirilib. Həmin an vertolyotlar Kanatovo hava limanından 46 km qərbdəki vertolyot meydançasında yerləşirmiş.

Müdafiə Nazirliyi vurğulayıb ki, əməliyyat planlaşdırılmış və dəqiq koordinatlarla icra olunub. Analitiklər bu hadisənin Ukrayna hava qüvvələrinə qarşı Rusiya ordusunun dronlardan istifadəsindəki yeni taktiki yanaşmalarını göstərdiyini bildirirlər.

Hadisə Ukrayna və Rusiya qüvvələri arasında cənub-şərq istiqamətində gərginliyin artdığı bir vaxtda baş verib və bölgədə hərbi əməliyyatların miqyasını daha da genişləndirməsi ehtimal edilir.



Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR