İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya ordusu Ukraynada daha iki yaşayış məntəqəsini nəzarətə götürdü

778 19.01.2026 13:32 Dünya A A

Rusiya Müdafiə Nazirliyi Ukraynada döyüş əməliyyatlarının davam etdiyini və daha iki yaşayış məntəqəsinin Rusiya hərbçilərinin nəzarətinə keçdiyini bəyan edib.

Musavat.com-un məlumatına görə nazirliyin rəsmi məlumatında bildirilir ki, söhbət Donetsk vilayəti ərazisində yerləşən Novopavlovka və Zaporojye vilayəti ərazisindəki Pavlovka yaşayış məntəqələrindən gedir.

Açıqlamada qeyd olunur ki, bu ərazilər Rusiya ordusunun cəbhənin müxtəlif istiqamətlərində apardığı hücum əməliyyatları nəticəsində nəzarət altına alınıb. Nazirlik hərbi əməliyyatların gedişi və itkilərlə bağlı əlavə detalları paylaşmayıb.

Hazırda Ukrayna tərəfi bu iddialarla bağlı rəsmi mövqe açıqlamayıb. Qeyd edək ki, müharibə şəraitində tərəflərin verdiyi məlumatlar müstəqil mənbələr tərəfindən təsdiqlənmədiyi üçün fərqli versiyalar irəli sürülə bilər.

Cəbhədə vəziyyətin gərgin olaraq qaldığı, hər iki tərəfin mövqelərini gücləndirməyə çalışdığı bildirilir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR