İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya şəhərləri OD içində, prezident Əliyevdən İLGİNC açıqlama – TV Musavat

647 14.07.2026 11:53 Son xəbər A A

Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda çıxışı zamanı beynəlxalq gündəmdə yer alan müharibə və münaqişələrə, o cümlədən Rusiya-Ukrayna müharibəsinə münasibət bildirib. Forum çərçivəsində Prezident İlham Əliyev ukraynalı jurnalist Dmitri Qordonun suallarını da cavablandırıb.

Prezident cavabında ötən il səsləndirdiyi fikrin dəyişmədiyini bildirib və qeyd edib: “Ötənilki sualınıza və mənim tövsiyəmə gəlincə, düşünmürəm ki, Ukrayna hökuməti və xalqının mənim məsləhətimə ehtiyacı var. Amma mən bir daha onu təkrar etmək istəyirəm - münaqişə ilə razılaşmayın. Və siz məhz bunu edirsiniz. Düzdür, çətin dövrlər olub bu il ərzində və biz bunun şahidi olmuşuq. Bilirik ki, müəyyən dairələrin təzyiqləri olub ki, əməliyyatlar dayandırılsın, işğalın möhkəmləndirilməsi ilə bağlı təkliflər olub. Ukrayna xalqı və hakimiyyəti təbii ki, buna razı olmadı.

Qarşı tərəf mənim məsləhətimi soruşsa, mən mövqeyimi bildirirəm, amma düşünürəm ki, bu gün mənim qarşı tərəfə tövsiyə verməyim uyğun olmaz. Mənim qiymətləndirməyimə və perspektivlərə gəlincə, proqnozlarımız üst-üstə düşür. Məncə artıq çoxdan dərk edilməli idi ki, bu müharibə dayandırılmalıdır və bu, dərhal baş verməlidir. Bu, Azərbaycanın mövqeyidir, bu, mənim insani mövqeyimdir”.

Ukrayna Başqırdıstanın Salavat şəhərində yerləşən “Qazpromneftexim Salavat” neft emalı zavoduna hücum edib. Rusiya mediası məlumat yayıb. Məlumata görə, müəssisə Ukrayna-Rusiya sərhədindən təxminən 1400 kilometr məsafədə yerləşir.

“Qazpromneftxim” regionun ən iri neft emalı komplekslərindən biridir və benzin, dizel yanacağı, bitum, polietilen və digər məhsullar istehsal edir. Salavatdakı neft emalı zavodundan başqa, PUA-lar Luqansk və Donetsk vilayətlərindəki obyektlərə də hücum edib. “Afipski” neft emalı zavodu da yenidən hücuma məruz qalıb. PUA hücumu nəticəsində müəssisədə yanğın baş verib. Sözügedən zavod Rusiyanın cənubundakı ən iri neft emalı müəssisələrindən biridir. Zavodun layihə üzrə illik emal gücü 6,25 milyon ton neft təşkil edir.

Rusiya güc strukturları Moskva vilayətində strateji müdafiə sənayesi obyektinə dron hücumunun və Müdafiə Nazirliyinin zabitlərinə qarşı terror hücumlarının qarşısını alıb. Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) məlumat yayıb.

Bildirilib ki, “cinayətkar saxlanılıb və onunla əlbir olanlardan biri müqavimət göstərərkən öldürülüb”. FTX partlayıcı qurğulu dronları daşıyan yükün Slovakiya, Polşa və Belarus vasitəsilə Moskva vilayətinə çatdırıldığını açıqlayıb.

TVMusavat-ın bu gün saat 12:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu gündəmi hərbi ekspert Azad İsazadə ilə müzakirə edir.

https://www.facebook.com/tvmusavat

https://www.youtube.com/@musavattv

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR