İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya və İran arasında böyük RAZILAŞMA: 2 aydan sonra BAŞLAYIR

1426 17.06.2026 07:36 Dünya A A

Rusiya və İran iki ay ərzində ödəniş sistemlərinin birləşdirilməsini başa çatdıracaqlar.

Musavat.com xəbər verir ki, Rusiya mediasının məlumatına görə, bu yenilik iki ölkə vətəndaşları üçün qarşılıqlı ödənişləri əhəmiyyətli dərəcədə asanlaşdıracaq.

İran Mərkəzi Bankının rəhbəri Əbdülnasir Hemməti prosesin son mərhələyə çatdığını bildirib:

"İranın "Şetab" (Shetab) və Rusiyanın "Mir" sistemlərinin inteqrasiyasında artıq sonuncu mərhələyə qədəm qoymuşuq. İki ay ərzində iranlılar öz kartları ilə Rusiya mağazalarında maneəsiz alış-veriş edə biləcəklər".

Xatırladaq ki, rəsmi Tehran və Moskva arasında maliyyə əməkdaşlığını genişləndirmək məqsədilə Ə.Hemməti bu yaxınlarda Rusiyaya rəsmi səfər etdib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR