Rusiya ordusu ilk dəfə Xarkov vilayətində yerləşən Peçenejskoye su anbarının bəndinə raket zərbəsi endirib.
Strateji əhəmiyyət daşıyan bu obyekt regionun su və enerji təhlükəsizliyində əsas rola malikdir və hücumdan sonra ciddi risk altına düşüb.
Musavat.com-un məlumatına görə:
Vovçansk və Velikiy Burluk istiqamətinə gedən əsas yol məhz bu bənddən keçir.
Rusiya sərhədyanı zonada kiçik, lakin yeni bir “ikinci cəbhə” açmağa çalışır.
Ukrayna Silahlı Qüvvələri Starıy Saltiv və Rubijne yaxınlığında Severski Donets çayı üzərindəki keçidlərə nəzarəti itirib.
Hərbi analitiklər bildirirlər ki, Ukraynanın logistikasına ardıcıl zərbələr Rusiyanın Xarkov istiqamətində genişmiqyaslı hücum əməliyyatına hazırlıq apardığına işarə edə bilər.
Əgər Peçenejskoye bəndi tamamilə dağılsa:
çay yatağı boyunca bir sıra yaşayış məntəqələri su altında qala bilər,
yol infrastrukturu yararsız hala düşə bilər,
Ukraynanın müdafiəsi həm logistika, həm də operativ baxımdan əlavə çətinliklərlə üzləşə bilər.
İlkin məlumatlara əsasən, bənddə ciddi struktur zədələnməsi olub.
Musavat.com






