İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya XİN: "Azərbaycanda saxlanılan Rusiya vətəndaşlarının...”

1151 16.12.2025 19:47 Son xəbər A A

Rusiya Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanda saxlanılan Rusiya vətəndaşlarının azad olunmasını Moskva üçün “şərtsiz prioritet” adlandırıb.

Musavat.com xəbər verir ki, bu barədə Rusiya XİN-in MDB ölkələri üzrə Dördüncü departamentinin direktoru Mixail Kaluqin “Rossiya Seqodnya” agentliyinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, bu yay Bakıda həbs olunan 11 Rusiya vətəndaşının tezliklə Rusiyaya qaytarılması məsələsi Azərbaycan XİN-lə aparılan siyasi məsləhətləşmələrin əsas mövzularından biri olub. Danışıqlar 9–10 dekabr tarixlərində Azərbaycan Xarici İşlər Nazirliyində baş tutub.

“Bizim üçün şərtsiz prioritet – bu yay Azərbaycanda saxlanılan 11 vətəndaşımızın mümkün qədər tez Rusiyaya qayıtmasıdır. Bu məsələni 9–10 dekabrda Azərbaycan XİN-də keçirilən siyasi məsləhətləşmələr zamanı ətraflı müzakirə etdik”, – deyə Mixail Kaluqin bildirib.

Diplomat həmçinin qeyd edib ki, Rusiya prezidenti Vladimir Putinlə Azərbaycan prezidenti İlham Əliyevin 9 oktyabrda Düşənbədə baş tutan görüşü iki ölkə arasındakı münasibətlərə “güclü müsbət impuls” verib.

Qeyd edək ki, saxlanılan Rusiya vətəndaşları 1 iyul tarixindən etibarən həbsdədirlər və Moskvanın bu məsələni “münasibətlərin istiləşməsi fonunda” qaldırması diqqət çəkir.

Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR