Rusiya hava hücumundan müdafiə qüvvələri gecə ərzində 415 Ukrayna pilotsuz uçuş aparatını məhv edib. Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, PUA-lar Rusiyanın müxtəlif regionları üzərində ələ keçirilərək məhv edilib.
Ukrayna Rusiya ərazisində bir neçə mühüm obyektə zərbə endirib. Musavat.com xəbər verir ki, zərbələrin Tatarıstanda Nijnekamsk Neft Emalı Zavodu, Saratov NEZ, Voronej əyalətində yerləşən Borisoqlebsk hərbi aerodromu olub. Bu aerodromda Rusiyanın Su-34, Su-34, Su-30 bombardmançı təyyarələri yerləşir.
Sosial şəbəkələrdə hər üç obyektdə güclü yanğın başlandığını göstərən görüntülər paylaşılır.
TVMusavat-ın bu gün saat 11:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu gündəmi hərbi ekspert Ədalət Verdiyevlə müzakirə edir.






