Rusiyanın Belqorod vilayətində Xarkov istiqamətinə göndərilməli olan doqquz keçmiş məhbusun qaçdığı bildirilir.
Musavat.com xəbər verir ki, bu barədə "Pepel Belqorod" saytı və bir sıra Z-teleqram kanalları məlumat yayıb.
Məlumata görə, iyunun 27-də İvan Danilenko, Roman Barmin, Yevgeni Çerepanov, Vladimir Samsonov, Pyotr Rantsev, Andrey Baxanoviç, Vyaçeslav Ovsyannikov, Dmitri Patrakov və Andrey Filippov xidmət mövqelərini özbaşına tərk ediblər.
İddia olunur ki, onların hamısı Xarkov istiqamətində fəaliyyət göstərən hücum bölmələrinə göndərilməli idi.
İlkin məlumata görə, qaçan şəxslər silahlı deyillər. Onların Belqorod və Kursk vilayətlərində axtarışı aparılır.
"Pepel Belqorod" yazır ki, qaçanların əksəriyyəti Sankt-Peterburq və Leninqrad vilayətinin sakinləridir. Nəşrin məlumatına görə, onların eyni cəzaçəkmə müəssisəsindən müharibəyə cəlb olunduqları ehtimal edilir.
Musavat.com






