Rusiyada Tambov vilayətinin sabiq qubernatoru Maksim Yeqorov xüsusilə külli miqdarda rüşvət almaqda ittiham olunaraq həbs edilib.
Musavat.com xəbər verir ki, onun və iki mümkün şərikinin işi üzrə istintaq hərəkətləri artıq başa çatdırılıb.
Rusiya rəsmi mediasından sabiq qubernatora məxsus avtomobil kolleksiyası nümayiş etdirilib.
İstintaq Komitəsinin məlumatına əsasən, Yeqorov 2022–2024-cü illər ərzində Tambov vilayətində fəaliyyət göstərən “Gazprom qazoraspredeleniye Tambov” və “Gazprom mejnregionqaz Tambov” şirkətlərinin baş direktoru Roman Stefanovdan əmlak xarakterli qeyri-qanuni xidmətlər müqabilində sistemli şəkildə pul və müxtəlif aktivlər alıb.
İstintaqın hesablamalarına görə, əldə olunan rüşvətin ümumi məbləği 84 milyon rubl (1 milyon dollar) təşkil edib. Yeqorovun və onun yaxın qohumlarının ümumi dəyəri 130 milyon rubldan (1 milyon 677 min dollar) artıq olan əmlakına həbs qoyulub.
Qeyd edək ki, Maksim Yeqorov 2021-ci ilin oktyabrından 2024-cü ilin noyabrınadək Tambov vilayətinin qubernatoru vəzifəsini icra edib.
Musavat.com






