İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada döyüşçülər üçün hazırlanan rep-albom uğursuzluğa DÜÇAR OLDU - VİDEO

697 07.12.2025 03:45 Dünya A A

Rusiyada “SVO iştirakçıları üçün ilk rep-albom” layihəsinə ayrılan təxminən 5 milyon rubl büdcə vəsaiti gözlənilən effekti verməyib.

Musavat.com xəbər verir ki, Prezident Fondunun qrantını alan jurnalist Andrey Mixeyev layihəyə məşhur ifaçıları, 25/17, Roma Jiqan və Akim Apaçev kimi adları cəlb etsə də, nəticə tam fiasko ilə yekunlaşıb.

“Slava Rossii” adlı miksteyp cəmi 6 gün ərzində “VKontakte”də 7 min dinlənmə, “Yandex.Music”də isə cəmi 567 bəyənmə toplaya bilib.

Bu göstəricilər layihənin nə tamaşaçı marağı, nə də musiqi bazarında real potensialının olmadığını açıq şəkildə göstərib.

Rus mütəxəssislər bildirirlər ki, büdcə vəsaitləri hesabına yaradılan bu cür “təbliğat layihələri” artıq cəmiyyətdə inandırıcılığını itirib və geniş auditoriyaya çata bilmir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR