İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada HIV-ə yoluxanların sayı kritik həddi keçdi

510 02.12.2025 23:56 Dünya A A

Musavat.com xəbər verir ki, Rusiyada rəsmi statistika artıq ən narahatedici mərhələyə çatıb: ölkədə 1,25 milyon insan HIV-lə yaşayır. Bu, demək olar ki, ölkənin hər 100 sakininin birinə bərabərdir.

Rospotrebnadzorun akademiki Vadim Pokrovski vəziyyəti “illərin ən ağır göstəricisi” adlandırıb.

Qlobal miqyasda hər il təxminən 1,5 milyon insan HIV-ə yoluxur və onların 50 mindən çoxu Rusiyada qeydə alınır. Epidemiya başlayandan bəri virus təxminən 40 milyon insanın həyatına son qoyub — bu göstərici həm “ispanka”, həm də COVID pandemiyasını arxada qoyur.

Rusiyanın göstəriciləri Avropadan 3–5 dəfə yüksəkdir. Avropa İttifaqında HIV-lə yaşayanların demək olar hamısı müalicəyə çıxış əldə etdiyi halda, Rusiyada bu rəqəm 60–70%-dən yuxarı qalxmır.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR