Rusiyada qaynaqçı peşəsinə tələbat rekord həddə yüksəlib.
Musavat.com xəbər verir ki, ölkə üzrə qaynaqçıların maaşı artıq 1 650–2 700 manat aralığında dəyişir.
Orta göstərici isə 1 905 manat təşkil edir — bu da ötən ilin payızı ilə müqayisədə 63% çoxdur.
Bu il qaynaqçılar ölkədə ən yüksək maaş alan on işçi peşəsi sırasında yer alıblar. Tələbat xüsusilə kəskin şəkildə artıb:
Kamçatka diyarı — +119%
Leninqrad vilayəti — +83%
Amur vilayəti — +71%
Regionlarda iri tikinti və sənaye layihələrinin çoxalması peşəyə olan marağı daha da artırıb.
Musavat.com






