İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanın metallurgiya sənayesi çöküşdə: borc xirtdəyə çatdı

1010 14.12.2025 03:35 Dünya A A

Rusiyanın metallurgiya sektoru ciddi böhran mərhələsinə daxil olub.

Musavat.com xəbər verir ki, sənaye şirkətlərinin ümumi borcu 600 milyard rubl (təxminən 10 milyard manat) həddinə yüksəlib. Bazarda həm tələb, həm də məhsul qiymətləri kəskin şəkildə aşağı düşüb ki, bu da istehsal və maliyyə göstəricilərinə ağır zərbə vurur.

Məlumata görə, aparıcı metallurgiya şirkətlərində vəziyyət belədir:

Maqnitoqorsk Metallurgiya Kombinatında istehsal 18% azalıb;

“Meçel” şirkətində istehsal həcmi 11% aşağı düşüb;

TMK-da satışlar 20% geriləyib;

“Severstal” şirkətinin mənfəəti isə üç dəfə azalıb.


Daxili və xarici bazarlarda tələbin zəifləməsi, ixrac imkanlarının məhdudlaşması və borc yükünün sürətlə artması Rusiyanın metallurgiya sənayesində böhranı daha da dərinləşdirir.

Mövcud tendensiya davam edərsə, yaxın dövrdə sektorda vəziyyətin daha da ağırlaşacağı istisna olunmur.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR