Rusiya neftini daşıyan "Smyrtos" tankeri La-Manş boğazında saxlanıldıqdan sonra Veymut sahillərində lövbər salıb.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Britaniya hakimiyyəti təxminən 35 milyon funt sterlinq dəyərində yükü satmağı düşünür.
Bildirilir ki, gəmi təxminən 100.000 ton Ural xam nefti daşıyır. Neft satıldıqdan sonra Britaniya hakimiyyəti əldə edilən gəliri birbaşa Ukraynaya köçürə və ya silah almaq üçün istifadə edə bilər.
Başqa bir variant da nəzərdən keçirilir: xammalı sonrakı daxili istifadə üçün emal etmək. Lakin qəzetin məlumatına görə, neftin enerji şirkətlərinə ötürülməsi proseduru hələ müəyyən edilməyib.
Tanker 14 iyunda Britaniya dəniz piyadaları tərəfindən saxlanılıb. Gəmi Ust-Luqadan Kamerun bayrağı altında üzürdü.
Keçən ilin mart ayından bəri tanker əsasən Rusiyanın Uzaq Şərqindəki Kozmino limanından Rusiya nefti daşıyıb. İyul ayında gəmi Avropa İttifaqınin sanksiya siyahısına əlavə edilib və avqust ayında İsveçrə ona məhdudiyyətlər tətbiq edib.
Musavat.com






