İnsanlara hürriyət, millətlərə istiqlal!

Ruslar ayılmaq istəyir: “paxmel” əleyhinə vasitələrin satışı rekord həddə çatdı

554 19.12.2025 00:12 Dünya A A

2025-ci ildə Rusiyada alkoqoldan sonrakı hal — “paxmel” əleyhinə preparatların satışı həm miqdar, həm də pul ifadəsində 27 faiz artıb.

Musavat.com xəbər verir ki, RBC-nin məlumatına görə, cari il ərzində rusiyalılar bu kateqoriyaya aid məhsullara 803 milyon rubldan çox vəsait xərcləyib, ümumilikdə isə təxminən 2 milyon qablaşdırma alınıb.

Maraqlı məqam ondan ibarətdir ki, bu artım ölkədə spirtli içkilərin satışının azalması fonunda baş verir. Mütəxəssislər bu tendensiyanı bir neçə amillə izah edirlər.

Ekspertlərin fikrincə, “paxmel” əleyhinə vasitələrə artan maraq rusiyalıların daha sağlam həyat tərzinə üstünlük verməsinin göstəricisi kimi dəyərləndirilir. Digər ehtimal olunan səbəb isə əmək bazarında rəqabətin kəskinləşməsi ilə bağlıdır. Belə ki, vətəndaşlar alkoqol qəbulunun iş qabiliyyətinə mənfi təsirini minimuma endirməyə və daha effektiv çalışmağa çalışırlar. 

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR