İnsanlara hürriyət, millətlərə istiqlal!

Sabah Bakı metrosunda qatarların hərəkət qrafiki dəyişdiriləcək

480 25.06.2026 12:36 Ölkə A A

26 İyun - Silahlı Qüvvələr Günü ilə əlaqədar Bakı metropolitenində qatarların hərəkət qrafiki dəyişdiriləcək. "28 May-Əhmədli" sahəsində və əksinə olmaqla pik saatlarda qatarlararası interval 2 dəqiqə 30 saniyə təşkil edəcək.

Musavat.com xəbər verir ki, zərurət yaranacağı təqdirdə ehtiyat qatarlar xəttə buraxılacaq. Bununla bağlı stansiyalarda ümumi nəzarəti təmin etmək üçün növbətçilik cədvəli əsasında işçi qüvvəsi də ayrılıb.

Həmçinin qatarlar "Bakmil" stansiyasına və geri şənbə günü, Bənövşəyi xətdə və "Əhmədli-Həzi Aslanov" mənzilində isə şənbə-bazar günlərinin qrafiki üzrə hərəkət edəcək.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR