İnsanlara hürriyət, millətlərə istiqlal!

Sabah metro gücləndirilmiş rejimdə çalışacaq

682 25.02.2026 21:29 Gündəm A A

Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar Bakı metropoliteni gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Bu haqda “Bakı Metropoliteni” QSC məlumat yayıb.

Bildirilir ki, “Ana harayı” abidəsinin yaxınlığında yerləşən “Xətai”, eləcə də “Cəfər Cabbarlı” və “28 May” stansiyalarında nəzarət tədbirləri artırılacaq.

Stansiyalara əlavə işçi qüvvəsi cəlb ediləcək, ehtiyat qatarlar hazır vəziyyətdə saxlanılacaq.

Qatarların hərəkəti gün ərzində payız-qış mövsümünün iş günü qrafikinə uyğun təşkil olunacaq.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR