İnsanlara hürriyət, millətlərə istiqlal!

Sahibə Qafarova Papanın dəfni üçün Romaya getdi

618 25.04.2025 19:02 Siyasət A A

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan parlament nümayəndə heyəti aprelin 25-də Roma Papası Fransiskin dəfn mərasimində iştirak etmək üçün İtaliyaya səfər edib.

Musavat.com-un məlumatına görə, Milli Məclisdən bildirilib ki, Roma şəhərinin beynəlxalq hava limanında Milli Məclisin nümayəndə heyətini Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfiri İlqar Muxtarov, ölkəmizin İtaliyadakı səfiri Rəşad Aslanov və Vatikan rəsmiləri qarşılayıblar.

Milli Məclisin sədri aprelin 26-da Santa Maria Maggiore bazilikasında keçiriləcək dəfn mərasimində Azərbaycanı təmsil edəcək, Roma Papasının son mənzilə yola salınması tədbirlərinə qatılacaq.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR