İnsanlara hürriyət, millətlərə istiqlal!

Şair Ramaldanovun yaxın qohumları dəfn edilir FOTO

1100 15.12.2025 14:06 Hadisə A A

Tanınmış hərbi ekspert, polkovnik Şair Ramaldanovun Qusar rayonu, Yuxarı Ləgər kəndi ərazisindəki qəzada həyatını itirən yaxın qohumları bu gün Yasamal qəbiristanlığında dəfn ediləcəklər.

Bu barədə Musavat.com-a polkovnik, hərbi ekspert Üzeyir Cəfərov deyib.

O bildirib ki, hazırda qəzada vəfat edənlər dəfn üçün hazırlanır.

Qeyd edək ki, ötən gün Ramaldanov qardaşlarından biri, polkovnik İlham Ramaldanovun ailə üzvləri Qusar rayonu, Yuxarı Ləgər kəndi ərazisində yol-nəqliyyat qəzasına düşüblər.

Hadisə nəticəsində ailənin 36 yaşlı üzvü, polkovnikin qızı Tamilla Ramaldanova və ailəyə yaxın qohum olan 43 yaşlı Cəmilə Bağırova aldıqları ağır xəsarətlərdən hadisə yerində həyatlarını itiriblər.

Qəzaya uğrayan "Kia Sorrento"nu 63 yaşlı Fariza Ramaldanova idarə edib. O və daha üç nəfər - 2022-ci il təvəllüdlü Arman və Adam Qoşqar oğlu Rəhimovlar, 2017-ci il təvəllüdlü Rüstəm Qoşqar oğlu Rəhimov Qusar rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər.

Qusar Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, yaralılara bədənin müxtəlif nahiyələrinin travmaları və sıyrılmış yaraları, politravma, qamış sümüyünün üçdəbir hissəsinin sınığı diaqnozları təyin olunub və zəruri tibbi xidmətlər göstərilib:

"2022-ci il təvəllüdlü (hər ikisi kişi cinsli) azyaşlıların vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıblar.

Müalicələri Reanimasiya şöbəsində davam etdirilən 1966-cı il (qadın) və 2017-ci il (kişi) təvəllüdlü şəxslər iltizamnamə əsasında ixtisaslı tibbi xidmətdən imtina ediblər".

Şahanə Rəhimli
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR