Sankt-Peterburqdakı Aleksandrovskaya xəstəxanasında insan orqan alveri aşkar edilib.
Musavat.com Lenta.ru-ya istinadla xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin (İK) şəhər idarəsi məlumat yayıb.
Bildirilir ki, xəstəxananın patologiya şöbəsinin müdiri və kommersiya təşkilatının təsisçisi saxlanılıb. Onlara rüşvətxorluq və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları ilə cinayət işi açılıb.
İK-in məlumatına görə, iş adamı tibb işçisini daxili orqanların və sümük toxumasının çıxarılması üçün ona sahibsiz cəsədləri satmağa razı salıb. Şöbə müdiri ən azı 500.000 rubl alıb.
Şübhəlilərin iş yerlərində aparılan axtarışlar zamanı insan qalıqları aşkar edilib. Saxlanılanlar üçün məhkəməyəqədər həbs qərarı verilib.
Musavat.com






