İnsanlara hürriyət, millətlərə istiqlal!

Sarkisyan danışdı: Paşinyanı devirmək...

1504 03.02.2026 21:59 Dünya A A

Xocalı qatili, Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan müxalif qüvvələrin mümkün birləşməsi və qarşıdan gələn seçkilərlə bağlı açıqlama verib.

Musavat.com xəbər verir ki, Sarkisyan Respublikaçılar Partiyasının (RPA) seçkilərdə iştirakı ilə bağlı hələlik yekun qərarın qəbul edilmədiyini bildirib. Onun sözlərinə görə, əsas və dəyişməz məqsəd hazırkı baş nazir Nikol Paşinyanın hakimiyyətdən uzaqlaşdırılmasıdır.

Sabiq prezident müxalifətin bir araya gəlməsinin son dərəcə çətin proses olduğunu etiraf edib. O vurğulayıb ki, məsələ vahid siyahı ilə seçkilərə qatılmaqdan getmir və bu, daha mürəkkəb siyasi uzlaşma tələb edir.

“Müxalifətin birləşməsi çox çətin məsələdir. Burada vahid siyahıdan söhbət getmir. Düşünürəm ki, siz də bunu nəzərdə tutmursunuz. Prosesə baxacağıq”, – deyə Sarkisyan qeyd edib.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR