İnsanlara hürriyət, millətlərə istiqlal!

Şəbnəm Röyanın onu səhnədən endirməsindən danışdı - VİDEO

1514 26.12.2025 14:49 Şou-biznes A A

Xalq artisti Röya Ayxanın müğənni Şəbnəm Tovuzlunun ad günündə onu səhnədən endirməsi sosial şəbəkədə müzakirələrə səbəb olub. 

Musavat.com xəbər verir ki, müğənni Elçin Cəfərovla səhnədə olan Röya Şəbnəmin onların yanında dayanmasına imkan verməyib və  Şəbnəmə "Səni tamaşaçı yanına dəvət edirəm, bizi orda izlə. Mən bilirəm nə edirəm" sözlərini deyib. 

Şəbnəm müzakirələrə səbəb olan həmin video haqda öz sosial media hesabında açıqlama yayıb:

"Neçə gündür deyirsiniz, Röya xanım sizi səhnədən niyə düşürtdü? Bəs nə etsin? Röya orada başqa şeyə əsəbiləşmişdi. Röyanı ora sevərək dəvət etmişdik. Qızım Günelin də xətrini çox istəyir. Sadəcə, mahnı yeni idi və təqdim edilməli idi. Səhnədə orada ikisi olmalıdır. Əlbəttə, aşağı düşəcəkdim. Niyə bunu pisə yozursunuz? O qədər gözəl sənətkarlar oldu, niyə bunu demirsiniz? Niyə vurmağa çalışırsınız? Qəbul edin ki, ölkədə bu cür səviyyəli ad günü olmayıb". 

Qeyd edək ki, Röya yaşanan hadisə haqqında bunları demişdi:

"Mən dəli qızam. Həmin ad günündə o qədər adam səhnəyə çıxdı ki, performans göstərə bilmədik. Şəbnəm xanımın doğum günündə ona Elçinlə yeni mahnımızı hədiyyə etdik. Çıxışdan öncə Elçinlə kulisdə görüşmüşdü. Yazıldığı kimi Elçinə hörmətsizlik edilmədi. Mən də səhnədə olanda başqasının olmasını sevmirəm. Həm də yeni duetimizi təqdim edəcəkdik. Ona görə dedim, qonaqların yanına düşsün".

Könül
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR