İnsanlara hürriyət, millətlərə istiqlal!

Şəbnəmin Nigara cavabı gecikmədi: "Bəlkə, Kürdəmirdir?"

1304 18.02.2026 19:25 Şou-biznes A A

"Avroviziya 2011" qalibi Nigar Camal ilə müğənni Şəbnəm Tovuzlu arasında qalmaqal yenidən qızışıb.  

Musavat.com xəbər verir ki, illərdir aralarındakı qalmaqal bitməyən sənətçilərin mübahisəsinə səbəb Nigarın Şəbnəmə söz atması olub.  

Lakin Nigara Şəbnəmin cavabı gecikməyib. O,  ifaçının  onu  lağa  qoyduğu  videoya  şərh  yazaraq  bunları deyib: 

"Ay Nigar, bir özün öyrən sonra. Bəlkə, Kürdəmirdir? Gündəmdən düşən kimi mənə söz atırsan. Verilişə də çağrılanda mənimlə maraqlı olur ancaq sənə. Gör sənə nə qədər piar verirəm". 

Qeyd edək ki, Nigar Şəbnəmin illər əvvəl dediyi "Amerika Avropanın paytaxtıdır" sözlərini ələ salıb. Amma ifaçı özü də proqram zamanı "43 Avropa dövləti var" deyərək səhv edib. 

Əslində isə ada dövlətləri və unikal coğrafi mövqeyə malik ölkələr də daxil olmaqla Avropada 51 dövlət var.

Könül, Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR