UEFA Çempionlar Liqasının pley-off mərhələsində keçirilən “Nyukasl” – “Qarabağ” qarşılaşmasında tribunalar diqqətçəkən anlarla yadda qalıb.
Musavat.com xəbər verir ki, matç zamanı azarkeşlər “Şəhidlər ölməz, Vətən bölünməz” şüarını səsləndiriblər. Stadionda Azərbaycan bayraqları açılıb, tribunalar bir anda həmrəylik nümayişinə çevrilib.
Azarkeşlər bununla milli birlik və vətənpərvərlik mesajı veriblər.
Musavat.com






