İnsanlara hürriyət, millətlərə istiqlal!

Sensasion tapıntı: 7 kiloqramlıq qızıl xəzinə aşkarlandı

1855 17.04.2026 21:50 Dünya A A

Çexiyanın Zvıçina dağı ətrafında gəzintiyə çıxan turistlər gözlənilməz şəkildə böyük tarixi xəzinə ilə üzləşiblər.

Musavat.com xəbər verir ki, hadisə zamanı turistlər dağın yamacında gizlədilmiş iki ayrı konteyner tapıblar. Tapıntının içərisində yüzlərlə qızıl əşya olub.

Bir konteynerdə XIX–XX əsrlərə aid 598 ədəd qızıl sikkə, digərində isə onlarla qızıl zinət əşyası aşkarlanıb. İlkin ehtimallara görə, bu xəzinə 1921-ci ildən sonra torpağa basdırılıb.

Tapıntını gizlətməyən turistlər onu dərhal muzeyə təhvil veriblər. Aparılan ekspertiza nəticəsində qızılın həqiqiliyi təsdiqlənib.

Qanunvericiliyə uyğun olaraq, tapıntını aşkarlayan şəxslərə təxminən 470 min avro məbləğində mükafat ödənilib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR