İnsanlara hürriyət, millətlərə istiqlal!

Şiddətli töhmət alan icra başçısı danışdı: ”İşimdə dönüş yaratmalıyam”

1365 29.08.2025 22:15 Ölkə A A

“Cənab Prezident həmişə haqlıdır, mənimlə bağlı qərarında da haqlıdır. Mənimlə bağlı sərəncamı da qəbul edirəm, başqa cür də ola bilməz”.

Musavat.com xəbər verir ki, bunu Gununsesi.info-ya açıqlamasında Prezident İlham Əliyevin şiddətli töhmət verdiyi Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə deyib.

Saytımıza açıqlamasında icra başçısı bildirib ki, ölkə başçısının bu qərarından ciddi nəticə çıxaracaq: ”İş olan yerdə nöqsan da olur. Mən çalışacağam ki, bu nöqsanlardan nəticə çıxarım və cənab prezidentin etimadını doğruldum”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR